Güney Azərbaycanın Qəzvin şəhərindən olan tanınmış vəkil və ictimai xadim Əmir Əfşar Nəcəfi 17 ay həbs cəzasına məhkum edilib.
Əmir Əfşar Nəcəfi sosial mediada etirazçıların hüquqlarının pozulması ilə bağlı paylaşımına görə, “hökumət əleyhinə təbliğat”da ittiham edilib.
Güneyli vəkil özünün sosial mmedia hesabında həbsi barədə qərara münasibət bildirib və barəsində irəli sürülən ittihamları rədd edib.