2010-cu ildən ev dustağı olan Mir Hüseyn Musəvinin həyat yoldaşı Zəhra Rəhnəvərd açıq məktub nəşr etdirərək qadınlar və unudulmuş hüquqlarının hər bir şərəfli insanın məsələsi olduğunu yazıb.
Həyat yoldaşı ilə birgə ev dustağı olan Rəhnəvərd şərəfli insanların millətin yarısını təşkil edən qadınlara hakimiyyət tərəfindən represiyaya susmayacaqlarını, onların azad yaşam və insani hüquqlarının bərpa olunmasına qədər mübarizə edəcəklərini deyib.
Əlzəhra Universitetinin keçmiş rektoru Rəhnəvərdin “Kələmə” Teleqarm kanalında paylaşılmış məktubunda qadın haqları və xalqın haqlarının eyni olduğu qeyd olunub.
“Hakimiyyət xalqın, İran və dünya medasının gözü önündə bir neçə metrlik hicaba görə qadınları utanmadan döyüb söyür, onların övladlarını öldürür və həbs edir.
Bu hərəkətlər diktatura əmridir və özbaşınalıq olmaqla heç bir dinə, təriqətə və məzhəbə sığımır. Sizin məmləkət saxlama tərzinizə nifrət edirəm” Rəhnəvərd deyib.
Xatırladaq ki, Mir Hüseyn Musəvi Təbrizi islahatçı olaraq 2009-cu ildə prezident seçkilərində iştirak etmiş və qalib gəlmişdir.
Lakin seçki nəticələrində dövlətin müdaxiləsinə görə bu vəzifəyə keçə bilməmiş və onun tərəfdarları etiraza qalxaraq “Yaşıl Hərəkat” başlamışdır.
Musəvi və həyat yoldaşı Zəhra Rəhnəvərd 2010-cu ildən hal hazıradək ev dustağıdır.