“Qarabağ” məğlubedilməz klublar siyahısında

by Samir Asadli

QARADAG-FKAvropanın məğlubedilməz futbol klublarının siyahısında Azərbaycan çempionu “Qarabağ” da var.

Axar.az xəbər verir ki, ümumilikdə 6 komanda ölkədaxili çempionatda uduzmayıb. Bunlar “Qarabağ”la yanaşı, Yunanıstanın “Panatinaikos”, Uelsin TNS, İtaliyanın “Napoli”, Andorranın “Atletik Eskaldes” və Serbiyanın “Srvena Zvezda” klublarıdır.

Bu komandalar arasında ən yaxşı göstərici “Srvena Zvezda” və “Qarabağ”a məxsusdur. Serbiya komandası 17 qələbə, 2 heç-heçə ilə birincidir. “Srvena Zvezda”dan 1 oyun az keçirən “Qarabağ”ın aktivində isə 16 qələbə və 2 heç-heçə var.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK