Qardaş ölkədə kitab təqdimatı

by Samir Asadli

İstanbulda “Türkiyədəki Azərbaycan cəmiyyətləri” kitabının təqdimatı keçirilib. 

Tarixçi-jurnalist Dilqəm Əhmədin müəllifi olduğu bu nəşr Türkiyə Cümhu­riyyətinin yaranmasının 100-cü ildönü­münə həsr edilib. Kitabda 1920–1991-ci illərdə azərbaycanlı mühacirlərin qardaş ölkədə qurduqları ictimai-mədəni təşkilat­ların tarixindən bəhs olunur.

Nəşrdə mühacirət dövründə Azər­baycandan Türkiyəyə köç etmək məcbu­riyyəti qarşısında qalan siyasətçilərimiz, yazıçılarımız, ictimai xadimlərimizin də daxil olduğu ictimai-mədəni dərnəklərin tarixi əhatə edilib. Yubiley münasibətilə nəşrdə Məhəmməd Əmin Rəsulzadənin 1940-cı ildə qurduğu Azərbaycan Mədə­niyyət Dərnəyinin fəaliyyəti də işıqlan­dırılıb. Bu dərnəyin ilk 25 illik fəaliyyəti dövründə keçirdiyi tədbirlər, o cümlədən 20-dən artıq konfrans günbəgün əks olunub. Müəllifin dediyinə görə, həmin dərnək hələ də Ankarada fəaliyyətini da­vam etdirir. Qurulan bütün bu birliklərin əsas məqsədi Azərbaycanın musiqisini, mədəniyyətini təbliğ etmək, qarşılıqlı yardımlaşmaq olub.

Təqdimat mərasimində əsərin mə­ziyyətləri, Azərbaycan–Türkiyə qardaş­lığının dərin köklərə malik olduğu qeyd edilib.

XQ

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK