Qaşqay fəal yenidən təcridxanaya yerləşdirilib

by Samir Asadli

a-qay-f-al-yenid-n-t-cridxanaya-yerl-dirilib-0-1673866086İranda yaşayan qaşqay türklərinin fəallarından olan tanınmış alpinist Hamid Qaşqayi Şiraz şəhərinin Vəkilabad həbsxanasında təcridxanaya aparılıb.

Bu barədə fəalın ailəsinə məhkəmə orqanlarından bildiriblər.Qeyd edək ki, doğmaları 20 gündür onun durumu barədə heç bir məlumat ala bilmirdilər.

Qaşqay fəalların bildirdiyinə görə “Plak 100” adı ilə tanınan təcridxana təhlükəsizlik orqanının ən qorxunc mərkəzlərindən biri sayılır.

Orada məcburi etiraf verməsi üçün Hamid Qaşqaya işgəncə veriləcəyi ehtimal edilir.

Qeyd edək ki, noyabrın 10-da Şiraz şəhərində həbs edilən Hamid Qaşqayi İran və beynəlxalq səviyyədə tanınan alpinist və qayayadırmanma üzrə məşqçilərdən biridir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK