İsfahanın Şəhriza şəhərində yaşayan işçi hərəkatı fəalı Arəş Qənbəri barədə “müqəddəsləri təhqir etmək” ittihamı irəli sürülüb.
Onun təcridxanada işgəncə edildiyi və ondan məcburi etiraf alındığı bildirilir.
Qeyd edək ki, insan haqları təşkilatları Arəş Qənbəriyə qarşı irəli sürülən ittihamın onun edamı ilə nəticələnə biləcəyini bildirirlər.