Qaşqay türklərilə bağlı qiymətli tarixi kitab nəşr olunub

by Samir Asadli

a-qay-t-rkl-ril-ba-l-qiym-tli-tarixi-kitab-n-r-olunub-0-1673627370İranda yaşayan qaşqay türklərinin tarixi ilə bağlı qiymətli tarixi əsər nəşr olunub.

Rəhman Əhmədinin müəllifi olduğu “Qədim Qaraçaylı tayfasının tarixi” kitabı İranda yaşayan qaşqay türklərinin Qaraçaylı tayfasının tarixi, mədəniyyəti, gələnəklərindən və onların tarixi torpaqlarında yerləşmə prosesindən və İran siyasətindəki rollarından bəhs edir.

İranın İslami İrşad və Mədəniyyət Nazirliyi bir neçə il kitabın nəşrinə icaz verməsə də, qaşqay ziyalılarının müraciətləri və kitabda edilən dəyişikliklərdən sonra onun nəşri mümkün olub.

Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərdən ibarətdir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK