Qırğızıstanın dövlət bayrağının görünüşü dəyişdiriləcək

by Samir Asadli

Qırğızıstanın dövlət bayrağının görünüşü dəyişdiriləcək.

Axar.az xəbər verir ki, bu barədə artıq Qırğızıstan hökuməti qərar verib.

Məlumata görə, bayraqda təsvir edilən günəşin günəbaxanla oxşarlığına görə günəş şüalarının formasını dalğavaridən düzə dəyişdirmək təklif edilir.

Qeyd edək ki, Qırğızıstanın hazırkı bayrağı 1992-ci ildə ölkə müstəqilliyini elan etdikdən sonra təsdiq olunub.

Ötən həftə isə Qırğızıstan parlamenti ölkə bayrağının dizaynındakı dəyişikliyi təsdiqləmişdi.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK