Qisas qiyamətə qalmadı- Xəzər Eminlə müsahibə-FOTOLAR

by Samir Asadli

32 il… 32 il öncə bu gün Azərbaycan xalqına qarşı ağlasığmaz, qeyri-insani, qandonduran vəhşilik aktı törədildi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Bu faciəni törətməklə ermənilər xalqımızın əzmini  qırmaq, torpaqlarımızın bir hissəsinin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Azərbaycanlılar isə axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməyiblər.

Bu gün müsahibim əslən zəngəzurlu, ata -baba yurdu 30 il işğal altında olan,, Dünya Azərbaycanlıları Konqresinin mədəniyyət-humanitar işləri üzrə müavini, Dünya Azərbaycanlıları Milli Birliyinin həmtəsisçisi, Azərbaycan nümayəndəliyinin rəhbəri, Ümumdünya Sülh Federasiyasının sülh səfiri Xəzər Emindir:

-Xəzər bəy, Xocalı faciəsini mənimlə bərabər, daha gənc sayılan nəsil ancaq yazılanlardan, bizə danışılanlardan bilirik. Siz həmin faciəni necə təsvir edərdiniz?

– 1988-cu ildən Meydan hərəkatında milyonlarla azərbaycanlı Azadlıq meydanına toplanaraq öz haqqını istədi, onlardan biri də mən oldum. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və nəhayət Xocalı soyqırımı əsrin faciəsi idi. 1992-ci ildə  Xocalı soyqırımı baş verən zaman mənim 27 yaşım var idi. Əslən qarabağlıyam, faciəni yaşayanlardan biriyəm. 30 ilə yaxın torpaqlarımız işğal altında qaldı. Biz Vətənsiz Azərbaycan vətəndaşı kimi fəaliyyət göstərmişik. Gənc nəsil Xocalı soyqırımını görməyib, heç arzu da etmərəm. 1992-ci il  fevralın 25-dən 26-na keçən gecə Ermənistan adlanan dövlətin separatçı qüvvələri Xocalı şəhərinə hücum etdilər. Yaşlı, uşaq, qadın demədən qətllər törətdilər. O zaman, dövlətimizdə, ordumuzda indiki qədər güc yox idi. Onsuz da ermənilərin də arxasında kimlər dururdu, bəlli idi. Ancaq bu faciəni hər il dünyanın müxtəlif dövlətlərində, beynəlxalq təşkilatlarda, qurumlarda, ölkələrdə, şəhərlərdə çatdırmağa çalışdıq. Biz Vətənə məhəbbət, düşmənə nifrət, torpağa sevgi uğrunda fəaliyyət göstərmişik. Gənc nəsil bu faciəni görməsə də, şübhəsiz ki, mən  və mənim dava yoldaşlarım, əqidə dostlarım, dünyanın 40-a yaxın dövlətindəki soydaşlarımız bu məsələni 30 il müddətində bir gün də olsa unutmadıq. Bir çox beynəlxalq təşkilatların qarşısında-Los-Ancelesdən Vladivostoka qədər, Yakutiyadan Qətərə qədər böyük bir ərazidə bir çox məfkurə dostlarımızla bərabər bu hadisənin dünya ictimaiyyətinə çatdırılması uğrunda savaşdıq. Beynəlxalq təşkilatlardakı görüşlərimizdə, o cümlədən Avropa Şurasının qarşısında, Strasburqda,  Avropa Parlamentinin qarşısında, Brüsseldə, İsveçin paytaxtı Stokholmda, Hollandiyada İnsan Haqları Məhkəməsinin qarşısında, Ermənistan adlanan dövlətin səfirliklərinin qarşısında, Vaşinqtonda Ağ Evin qarşısında, Los-Ancelesdə, Bağdadda olan Asiya xalqlarının beynəlxalq mədəniyyət forumunda və başqa bir sıra görüşlərimizdə  bu hadisəni işıqlandırmaq üçün çalışdıq. Bu acılı gündə artıq Xocalı soyqırımının 32-ci ildönümünü yaşayırıq. Dünyanın 30-dan çox ölkəsində, 50-dən çox şəhərində,  ABŞ, Kanada, Fransa, İngiltərə, İsveç, Norveç, Fillandiya, Hollandiya, Almaniya, İsveçrə, Rusiyanın müxtəlif şəhərləri, Ukrayna, Gürcüstan və başqa dövlətlərdə bu soyqırımı dünya ictimaiyyətinə çatdırıq. Yazıqlar olsun ki, dünyanın qulağı kar, gözü kor oldu ki, bu həqiqəti bu günə qədər görə, duya bilmir. Erməni separatçılarının, vandallarının əsrin faciəsini törətmələrini təsdiq edə bilmədilər. 2005-ci ildə biz Parisdə Xocalı soyqırımı ilə bağlı görüşdə olanda Bakıdan da tarixçi alimlərimiz, mədəniyyət xadimlərimiz, araşdırmaçı alimlər iştirak edirdilər. Orda Fransa Parlamentinin senatoru iştirak edirdi. Mən söz aldım və soruşdum ki, siz-Fransa ATƏT-in Minsk qrupunun üzvü olaraq niyə bu həqiqətləri görmək istəmirsiniz?  Niyə Azərbaycanın 7 rayonunun işğal altında olmasını, Xocalı faciəsini hələ də görmək istəmirsiniz? Qarabağın işğal altında olduğunu görmürsünüz? Mən və mənimlə bərabər 1 milyondan çox insan öz dədə-baba torpaqlarından, ata yurdlardan qovulub, məcburi köçkün kimi yaşayırlar. O senatora olan sualımın cavabı bilirsiniz necə oldu? Cavabı belə oldu: Tarixi təcrübələr göstərir ki, bu cür münaqişələr, bu cür hadisələr üç nəsil sonra unudulur.

Üç nəsil deyəndə ağlıma gəldi ki, birinci nəsil mənim atam. O, 2016-cı ildə 83 yaşında “Vətən, Vətən” deyə Bakıda dünyasını dəyişdi. İnsan üçün Vətən doğulduğu torpaqdan, doğulduğu yerdən başlayır. Bu gün hamımızın ürəyi Qarabağla döyünür. İkinci nəsil mənəm, artıq 58 yaşım var. 36 ildir bu mübarizənin içindəyəm, həmçinin Birinci Qarabağ müharibəsinin, Qubadlı, Laçın uğurunda özünümüdafiə dəstələrinin iştirakçısı olmuşam. Üçüncü nəsil mənim övladlarımdır. Mənim övladlarım o faciələri görməyib, yaşamayıb. Babalarından, nənələrindən, məndən eşitdikləri ilə o təəssüratları yaşayırlar. Biz də bu 30 ildə çalışdıq ki, gənc nəsilimizin Vətənə məhəbbət, torpağa sevgi uğrunda böyüməsi uğrunda ideoloji savaşımızı aparaq. Buna nə qədər nail olduq və olmadıq, onu deyə bilmərəm. Çünki, bu haqsızlığa, ədalətsizliyə dünya birliyi 30 il dözdü. BMT-nin 4 qətnaməsi oldu ki, Ermənistan ordusu dərhal Azərbaycan torpağından çıxarılmalıdır. Buna baxmayaraq ATƏT-in Minsk qrupu, Amerika, Fransa, Rusiya 30 il Azərbaycana gəldilər-getdilər, getdilər-gəldilər, lakin məsələnin həlli ilə bağlı bir addım belə ata bilmədilər. Şübhəsiz ki, bundan sonrakı dönəmdə Azərbaycan dövləti daha da güclənəcək. Cənab Prezidentimiz İlham Əliyev hər zaman söyləyir ki, mən nəyi nə zaman edəcəyimi yaxşı bilirəm. 2020-ci ildə 44 günlük savaşda başda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin komandanlığı, Azərbaycan ordusunun, əsgərinin sayəsində torpaqlarımız azad olundu. Bu təkcə 10 milyonluq Azərbaycanın yox, 50 milyonluq Azərbaycan dünyasının ürəyinə məlhəm çəkdi. Biz bu 30 il müddətində nə qədər haqlı, ədalətli mövqedə olsaq da, sözümüzü Azərbaycan ordusu,  Azərbaycan əsgəri dedi. Allah Azərbaycanın bütövlüyü uğrunda şəhid olan bütün şəhidlərimizə rəhmət etsin!  İndi gözəl dərk edirik ki, Qarabağda artıq erməni yoxdur. Biz onları qovmadıq, onlar 2023-cü ildə 24 saat çəkməyən antiterror tədbirləri  zamanı könüllü sürətdə Azərbaycanı tərk etdilər, istəkləri məhv olundu. Cənab Prezidentimizin təbiri ilə desək, erməniləri Qarabağdan “iti qovan kimi qovduq”! Bu acı faciəmizi bizdən sonra gələn nəsillər də unutmayacaqlar. Erməni vandalizminin, separatizminin nə olduğunu, necə olduğunu gələcək nəsil biləcək. Bu vəzifə bizim indiki gənclərimizin üzərinə düşür. İnanıram ki, Azərbaycan gəncliyi heç zaman bu ağır faciəni unutmayacaq və unutdurmayacaq. Biz bundan sonra da bu məsələ öz hüquqi qiymətini alana qədər davam edəcəyik. Əsgərlərimiz səngərdə, milli düşüncə sahiblərimiz siyasi səhnədə öz sözlərini deyəcəklər.

-30 il ərzində bu qədər əzmlə çalışan biri kimi 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunma xəbərini necə qarşıladınız?

-Çox çətin sualdır… Elə hisslər var ki, onu sözlə ifadə etmək çox çətindir. O 44 günlük savaşda tək məcburi köçkünlər yox, bütün dünya azərbaycanlıları, Türk dünyası və bizi sevən dövlətlər bizim yanımızda idi. Cənab Ali Baş Komandan hər dəfə televiziyadan torpaqlarımızın azad olunması xəbərini verəndə yaşadığım hissləri ədib, filoloq, politoloq olanda da ifadə etməyə çətinlik çəkirəm. O hissləri, sözləri, 30 illik iztirabı, Vətənsizliyi, Qarabağsızlığı, dünya ictimaiyyətinin haqsızlıq qarşısında susmasını ifadə etmək olmur. Biz artıq hansı ki, BMT və dünyanın 200-ə yaxın dövləti tərəfindən Azərbaycanın 86.6 kvadratmetrlik ərazisi təsdiq olunub, o sahədə müstəqil, suveren Azərbaycanın sakiniyik. Bundan böyük sevgi, fəxarət, qürur hissi ola bilərmi? İndi də dünyanın harasında yaşamasından asılı olmayaraq 50 milyonluq Azərbaycan dünyası, bütöv Türk dünyası öz milli fəxarətini yaşayır. Biz artıq Avropadakı, Asiyadakı görüşlərimizdə qalib xalqın nümayəndəsi olaraq iştirak edirik. 44 günlük savaşdan sonra elə bilirəm ki, bütün dünyaya, bütün imperiya xəyalında olan dövlətlərə, dövlət başçılarına bu bir mesaj oldu ki, başqasının torpağına, yurduna göz dikmək olmaz. İllər keçsə də heç nə, heç kəs unudulmur və qisas qiyamətə qalmaz, necə ki qalmadı.

-İndi torpaqlarımız azaddır, amma bu o demək deyil ki, biz bu faciəni unutmalıyıq. Ermənilərin beynəlxalq konteksdə cəzalandırılması üçün bundan sonra hansı addımlar atılmalıdır?

-Bu barədə bizim dövlətimiz və strategi araşdırma mərkəzləri öz işlərini görürlər. Ermənilər buna beynəlxalq İnsan Haqları Məhkəməsində cavab verəcəklər. Mən buna özüm qədər, adım qədər əminəm. Dövlətimiz, hüquqşunaslarımız, tarixçi alimlərimizin gücü, əyani faktlarımızın təqdimatı ilə bu, öz hüquqi qiymətini alacaq. Son vaxlarda Fransa Ermənistanı silahlandırır. Kimə qarşı? Fransa 30 il səsini çıxarmadı, haqsızlığa qarşı susdu. Fransanın elə gücü var idisə, 44 günlük müharibədə erməniləri müdafiə edərdi. Niyə etmədi? Ermənilərdə bir xəstəlik var. Həmişə deyirəm, erməni olanda nolar? Bir insan olun. Vaxtında Teymur Ləng demişdi ki, mən erməni millətinin kökünü kəsmədiyimə görə gələcək nəsillər məni lənətləyəcəklər. Bu, ermənilərin xəstəliyidir. Onlardan olsa, Qars da, Iğdır da, Ərzurum da, Ağrıdağ da ermənilərindir. Belə xəyallarla yaşayırlar. Düşürəm ki, necə ki, 30 il dözdük, 44 gündə torpaqlarımızı azad etdik, çox yaxın zamanda xalqımızın, vətənimizin, dünyada yaşayan azərbaycanlıların, Türk dünyasının gücü ilə bu məsələ beynəlxalq məhkəmə qarşısında öz statusunu alacaq.

-Ermənilərin sülhdən yayınmasına münasibətiniz necədir?

-Ermənilər həmişə kiminsə idarəsində olmağa adət ediblər. Paşinyan əslində siyasi biri deyil, o, hazırlanmış bir kadrdır. Gətirildi, orda Baş nazir təyin edildi. Düşünürdü ki, Avropaya meyilli olacaq və Avropa onu dəstəkləyəcək. Paşinyan öz coğrafiyasına baxsın ki, Avropa onda neçə dövlət sonra yerləşir. Paşinyan dərk etməlidir ki, dört tərəfində Türk dünyasıdır. Qərbində Türkiyə, cənubunda İran, hansı ki, o ərazilərdə Güney azərbaycanlılar yaşayır, şimalında Gürcüstan, orda da azərbaycanlılar yaşayır, Ermənsitanın qərbində də Azərbaycan dövləti. İndi Paşinyan sülh müqaviləsindən yayınır, atalar demiş, gah nala vurur, gah mıxa, kəndirbazlıq edir.  Ortada qalıb, çünki, öz siyasəti yoxdur. Ermənilərin öz siyasi təcrübəsi yoxdu. Onlar sonradan qondarma dövlət olub. 10 il öncə rusiyalı bir jurnalist “Kommersant” qəzetində yazmışdı ki, erməni xalqı erməni tarixindən çox erməni tarixçilərinə borcludurlar.

Bu gün artıq Azərbaycan öz suverenliyini bərpa etmiş, hərbi və siyasi gücə malik ölkədir. Biz tarix boyu bizə yaşadılanların qisasını döyüş meydanında aldıq. Ali Baş Komandan İlham Əliyev və igid oğullarımız 2020-ci ildə öz adlarını tarixin səhifələrinə ədəbi olaraq həkk etdilər. Çox yaşa Azərbaycan, çox yaşa doğma yurdum! Ucal, ucal üçrəngli, şanlı bayrağım! Zirvələr sənindir! Qisas qiyamətə qalmadı…

QİYMƏT MAHİR

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK