“American Enterprise Institute” analitik mərkəzi İranda məktəbli qızların zəhərlənməsi ilə bağlı yazdığı məqalədə bunun rejim məmçurları tərəfindən həyata keçirildiyini yazıb.
Yazıda İran rəsmilərinin zəhərlənmələrlə bağlı zidiyyətli mövqe və açıqlamalarına toxunulub və bununlada rejimin məsələnin üstünün açılmasında maraqlı olmadığı bildirib.
“Tehran hökuməti Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin illərdir monitorinq işinə mane olduğu kimi, qızların zəhərlənməsi ilə bağlı BMT-nin təhqiqatına da mane ola bilər.
Çünki bu rejimin qanunun aliliyində hörməti yoxdur”,- Amerika İnstitutu qeyd edib.