“Qobustan”ın Türkiyə sayı

by Samir Asadli

Bahar sayı işıq üzü görən “Qobus­tan” sənət toplusunun Türk Ədə­biyyatı Vəqfi və onun mətbu orqa­nı olan “Türk ədəbiyyatı” dərgisi ilə qarşılıqlı razılaşmaya əsasən, Türkiyəyə həsr olunub. 

Dərgidə Xalq yazıçısı Anar, akade­mik İsa Həbibbəyli, professor Vilayət Quliyev, filologiya üzrə fəlsəfə dokto­ru Pərvanə Məmmədli, şair-publisist Fərid Hüseyn, Aysel Xanlarqızı, Pər­vin, sənətşünaslar Natiq Əfşar, Dür­danə Qurbanova və başqa müəlliflərin məqalə-esselərində böyük türk mədə­niyyətinin müxtəlif istiqamətləri təhlil olunub.

Bu sayda, həmçinin yazıçı-tər­cüməçi İmdat Avşarın timsalında qar­daş Türkiyənin ədiblərinin də yazıla­rına yer verilib. Türk və Azərbaycan mədəniyyətini vəhdətdə göstərən dərgi qardaşlığın sənətdəki əksini də önə çəkib.

Toplunun bu sayında sosial şə­bəkələrin sürəti ilə ayaqlaşan redaksi­ya heyəti bir yeniliyə də imza atıb. Belə ki, dərginin mündəricatında QR kodunu oxutmaqla yeni başlayan “Baş redaktor təqdim edir” rubrikasını video-formatda izləmək imkanı yaranır.

Jurnalın baş redaktor Pərvin Nurə­liyeva “XQ”-yə açıqlamasında dərginin bu sayı ilə bağlı digər yenilikləri də bö­lüşüb: “Bu ildən qarşımıza yeni hədəf­lər qoymuşuq. Görünən odur ki, zaman internet və sosial şəbəkələr zamanıdır və bu vasitələrlə oxucuya çatmaq, ona xitab etmək daha doğrudur. Əlbəttə ki, bizdən ötrü bu, yeni bir yoldur, buna görə də onlayn təmasın incəlikləri öy­rənməyə çalışırıq”

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK