Qoşaçaylı fəal təhlükəsizlik idarəsində dindirilib

by Samir Asadli

Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərindən olan mədəni fəal Behzad Abbaszadə 3 gün Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsində dindirilib.

Bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, fəal 3 gün ardıcıl olaraq idarəyə çağırılıb, dindiriıib və sorğu-sual edilib.

Onun nəyə görə çağırıldığı barədə açıqlama verilməyib.

Dindirilməyə çağırılan fəalın şəxsi əşyalarının, o cümlədən mobil telefonunun alındığı və 4 gün sonra özünə qaytarıldığı qeyd edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK