Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərindən olan milli fəal Vəliullah Zöhrabi təhlükəsizlik idarəsinə çağırılıb.
Bildirilib ki, milli fəal mayın 12-də idarəyə çağırıldıqdan sonra bir neçə saat boyunca dindirilib.
Onun nədə ittiham olunduğu və nəyə görə sorğu-sual edildiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, Vəliullah Zöhrabi bundan əvvəl də dinc fəaliyyətlərinə görə təzyiqlərə məruz qalıb.