“Qulliver…” Bakı səhnəsində

by Samir Asadli

Fevralın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dünya şöhrətli ingilis satiriki, filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver cırtdanlar ölkəsində” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

Teatrdan XQ-yə həmçinin bildiriblər ki, uşaq və yeniyetmələrə təbliğ olunan əsas məqam darda olanlara kömək etməyin, mərhəmətli ol­mağın vacibliyidir. Tamaşada əsas rolları Elşən Hacıbabayev və Müşfiq Əliyev ifa edəcək.

Səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadədir. Tamaşada kukla elementlərindən istifadə olunub.

N.AYTƏN
XQ

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK