Rəisinin ölümü, iki qardaş arasında olan gizli savaş, İranın yeni Ali dini lideri uğrunda mübarizə

by Samir Asadli

Rəisinin ölümü, iki qardaş arasında olan gizli savaş, İranın yeni Ali dini lideri uğrunda mübarizə

İran Prezidentinin ölümündən dərhal sonra qərb mediası və nüfuzlu beyin mərkəzləri 4 iyun 1989-cu ildən Ali Rəhbər olan Seyyid Əli Hüseyni Xameneinin varisi kimi onun ikinci oğlu Müctəba Xameneinin adını qeyd edirlər.
Qeyd edim ki, Ali rəhbər vəzifəsinə real namizəd olan İbrahim Rəisi Xamenei ailəsinin iki iddialı oğlu üçün əsas hədəf idi. İkisi arasında olan mübarizə açıq sezilirdi. Rəisinin ölkə daxilində uğursuzluqları iki yerdən Qumda böyük oğul Mustafa, SEPAH-dan isə Müctəba Xamenei tərəfindən səbəb olunurdu.

Müctəba xalq arasında sevilmir, onun kifayət qədər pula hərisliyi olması İranda beyin mərkəzləri tərəfindən də təsdiq edilir. 50 milyon funt sterlinq xərc çəkib övladını Britaniyada ən özəl xəstəxana alıb dünyaya gəlməsi xəbərini nəinki yüksək ruhanilər, hətta atası da ciddi narazılığına səbəb olmuş idi. 2011- ci ildə atasına qarşı sui-qəsd planlaşmasında onun da hallanmış və hətta bir müddət həbs də edilmiş idi. Hakimiyyət hərisi olan Müctəbaya qarşı ölkədə belə şüar var:
“Müctəba, öləsən, rəhbərliyi görməyəsən!”

Bütün etirazlara baxmayaraq hazırda dövlət aparatının idarə olunmasında da əsas rollardan birini oynayır. Belə ki, SEPAH və Bəsic başda olmaqla İranın aparacı silahlı qüvvələri məhz Müctəba Xameneinin əmrindədir.

Adı rəsmən varis kimi hallanmasa da böyük oğlu 1965-ci ildə anadan olan Mustafa Xamenei dini lider vəzifəsinə dinə daha çox bağlı olduğuna görə real namizəd sayılır. O artıq İranda “Hüccətul-İslam/Ayətullah Seyid Mustafa Xamenei”“ kimi də tanınır. Din təhsilinə üstünlük verən, İranın əsas dini mərkəzlərindən sayılan Qum şəhərində yaşayan Mustafa Xamenei İran-İraq müharibəsinin də iştirakçısıdır. Eyni zamanda ona nüfuz gətirən bir hal da, İranın tanınmış ruhanisi Əzizullah Xoşvəqtin kürəkəni olmasıdır. Qum isə İranda əsas dini təhsil və siyasi mərkəz kimi sayılır. Dini dairələrdə böyük nüfuz qazanmış Xoşvəqtə yaxın olmuş şəxslərin kürəkəni Mustafanın ali dini rəhbər olması üçün hazırda güclü bir qruplaşma yaradıblar.

Rəisinin ölümü bu iki qardaşa da sərf edirdi.SEPAH rəhbərliyi və Qum Seminariyasının yüksək rütbəli ruhaniləri üçün artıq varis məsələsində konkret mübarizə meydanı açılıb.

Hesab edirəm ki, Rəisi ilə birgə adı varis siyahısında olan Müctəba Xamenei (dərman biznesinin sahibi, Hizbullahın bir nömrəli himayəçisi) hazırda şübhə doğuran adamlar sırasındadır. Bu gün İranın adlı saylı ruhaniləri məhz onun Rəisinin rəqib kimi sıradan götürməsi barədə dünya mediasına məlumat sızdırılar. Yayılan informasiyalara görə Ali rəhbər Müctəba Xamenei, Prezident isə hazırkı parlamentin sədri Məhəmməd Bəkir Qalibaf olacaq. Hətta mühüm iki qurum, Ekspertlər Məclisi və Qəyyumlar Şurasında artıq lobbiçilik başlayıb. Bu iki şəxsin dostluğu və birgə bizneslərini olması barədə çox məlumat yayılır. Parlamentin sədrinin 8 milyard dollar pulunun olmasının səbəbi Müctəba ilə biznes şərikliyindən irəli gəlir.

SEPAH yaxud Qum Seminariyası hansı qalib gələcək bu mübarizədə onu daxili siyasət göstərəcək. Amma müşahidələrim göstərir ki, qəzada ilkin çıxışlarda SEPAH-ın ittiham edilməsi onu göstərir ki, Rəisinin ölümündə Mustafa Xameneini diqqətən kənarda saxlamaq olmaz. Rəisinin ölümündə qardaşı Müctəbanın şübhəlilər sırasında olacağını bilən Mustafa Qum Seminariyası ilə bu qəzanı planlaşdırmış olar. Bir güllə iki rəqibi-Rəisini və qardaşını neytrallaşdırıb şəksiz lider ola bilər…

Lakin burda şübhəli bir fiqur da var. Şansı az olsa da inqilabın lideri Xomeyninin nəvəsi Həsən Xomeyni. Əgər bu iki qardaşdan biri varis olmasa onun namizədliyi müzakirəsiz keçəcək. Bir ehtimal da məhz bunun bu işin arxasında babasına sadiq insanlarla birgə durması var.

Zaur Aliyev, dosent

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK