Oktyabrın 15-də Təbrizdə məcburi hicab qaydalarını pozduğuna görə, “əxlaq polisi” tərəfindən döyüldükdən sonra Röya Zakiri yenidən ruhi xəstəxanaya köçürülüb.
Onu müayinə edən həkim xəstənin dosyesinin xəstəxanananın təhlükəsizlik bölməsində olduğunu və açıqlanmasına icazə verilmədiyini deyib.
Qeyd edək ki, oktyabrın 15-də Təbrizdə məcburi hicab qaydalarını pozduğuna görə, “əxlaq polisləri” Röya Zakirini döyüblər.
Buna etiraz edən təbrizli xanım Əli Xaməneiyə qarşı şüarlar səsləndirib.
Bundan sonra onu polis təcridxanasına, oradan “Razi” ruhi xəstəxanasına köçürülüblər.
Etirazçı xanım yenidən dindirilmək üçün Ruhi Xəstəxanadan təhlükəsizlik təcridxanasına, bir neçə gün dindirildikdən sonra isə yenidən xəstəxanaya qaytarılıb.