Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı Stanislav Tarasov Bütöv Azərbaycan qurulacağı ehtimalından danışıb.
O, bu barədə Yaxın Şərqdə baş verənlərlə bağlı fikir bildirərkən deyib.
Tarasov indi HƏMAS və İsrail arasında qarşıdurma ilə bağlı Yaxın Şərqdə böyük dəyişikliklərin başladığını iddia edib.
Rusiyalı ekspert Qafqazda Rusiyanın nüfuzunun azalmasının bölgə üçün xeyirli olmayacağını və Qafqazda 3 ölkədən birinin yox olacağını söyləyib.
“Əgər əvvəllər Ermənistanın dövlətçiliyinin qorunub saxlanması uğrunda mübarizə aparırdısa, indi problem bu üçlüyün – Azərbaycan, Ermənistan, Gürcüstan – dövlətçiliyini qoruyub saxlamaqdır. Çünki İranda vəziyyət qarışsa, İran azərbaycanlılarının Böyük Azərbaycan problemi yaranacaq”,- Tarasov vurğulayıb.