Rza Zarekar 5 il 1 ay azadlıqdan məhrum edilib

by Samir Asadli

Əlbürz Əyaləti Savucbulağ rayonu sakini  azərbaycanlı aktivist Rza Zarekar əyalətin Apellyasiya Məhkəməsi tərəfindən 5 il 1 ayadək həbsə məhkum olunub.

O, Savucbulaq rayonu Xur kəndi sakinidir və “müqəddəs dini şəxsiyyətləri təhqir, hökumətə qarşı təbliğat və Xaməneyini təhqir” ittihamları ilə məhkum olunub.

Zarekar bundan əvvəl Kərəc rayonu Məhkəməsi tərəfindən 8 il 1 ayadək həbsə məhkum olunmuş, Apellyasiya Məhkəməsi həmi qərarı 3 il azaltmışdı.

Məlumata əsasən Rza Zarekar 2022-ci ildə İran hakimiyyətinə qarşı başlamış geniş miqyaslı hərəkatda saxlanılaraq mobil telefonundan mövcud informasiya köçürülməklə sərbəst buraxılmışdır.

Aktivist ötən ilin mart ayının 13-də Təhlükəsizlik idarəsinə çağırılıb, həbs olunaraq cari ilin aprel ayının 3-də müvəqqəti sərbəst buraxılmışdır.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK