Tehranın Qızılhisar həbsxanasında saxlanılan güneyli idmançı Səhənd Nurməhəmmədzadə 10 illik həbs cəzasını çəkmək üçün Kirman şəhərinin Kəhnuc həbsxanasına köçürülür.
Qeyd edək ki, Səhənd Nurməhəmmədzadı 2022-ci il oktyabrın 4-də Tehran şəhərində həbs edilib və dekabrın 3-də barəsində edam hökmü çıxarılıb.
26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılıb.
O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü 10 il azadlıqdan məhrumetmə və 10 il sürgün cəzası ilə dəyişdirilib.