Sənədli film istehsalçısı həbsdə olan Güneyli milli fəallar barədə paylaşım edib

by Samir Asadli

Azərbaycan milli hərəkatının aktivisti və sənədli film istehsal edən Məhəmməd Əlimuradi həbsdə olan Mürtəza Pərvin Cüdanın yaratdığı qrafit videosundan bir hissəni paylaşıb.

Əlimuradi paylaşımında #azadlıq və #azadi haştaqlarından istifadə edərək azərbaycanlı rəssamın azad edilməsini tələb edib.

Həbsdə olan rəssam Mürtəzanın yaratdığı qrafitin mövzusu azadlıq yolunda mübarizə və bu yolda candan keçməklə zülm və qaranlıqdan qurtulmaq barədədir.
Qrafit vidosuna baxmaq üçün tıklayın. 

Xatırladaq ki, məhbus aktivistin qardaşı Mustafa bir müddət əvvəl qardaşını müdafiə etmək məqsədi ilə “Səhər 6:30” adı ilə rəsm sərgisi düzənləmişdir.

Sərgi Səreyin rayonu Gənzə Kənzəq kəndinin arxeoloji bir bölgəsində keçirilib. Sərginin məzmunu təhlükəsizlik məmurlarının divardan aşaraq mənzilə girib Mürtəzanın götürülməsi barədə olub.

Vurğulayaq ki, məhbus Mürtəza Pərvin fevralın 6-ı səhər saat 6:30-da 4 avtomobillə gəlmiş təhlüksəzilik məmurları tərəfindən məhkəmə hökmü olmadan evindən götürülüb Təhlükəsizlik İdarəsinə aparılıb.

Mürtəza Pərvin Ərdəbil şəhəri sakinidir.

Aktivist bundan əvvəl Urmu gölünün qurudulması, İran dövlət kanallarının Güney Azərbaycan türklərinə qarşı təhqirlərinə görə aksiyalar, həmçinin Bəzz (Babək) Qalasına yürüş və sair aksiyalar zamanı dəfələrlə saxlanılmaqla həbs olunub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK