Şərqi Azərbaycan əyalətində ciddi su qıtlığı gözlənilir və yaxın vaxtlarda bu daha da dərinləşəcək.
Onun sözlərinə görə, hazırda qış olmasına baxmayaraq əyalətin su ehtiyatı 51% azalıb.
“Şərqi Azərbaycanda son illərin ən az yağışlı qışı yaşanıb və bu vəziyyət əyalətin kənd təsərrüfatın, sənaye mərkəzləri və vətəndaşların içməli su təchizatı sahəsində bir çox problemlərlə üzləşməsinə səbəb olacaq”, Xani bildirib.
Xani bundan öncə, əyalətin 700 kəndində ciddi su çatışmazlığı olduğunu, bu səbəbdən Şərqi Azərbaycanın 360 kəndinin tamamilə boşaldığını deyib.