Şərqi Azərbaycan vilayətində iki işçi iş qəzası nəticəsində yaralanıb, bir işçi həyatını itirib

by Samir Asadli

İranın Şərqi Azərbaycan vilayətinin Məlikkəndi (Məlekan) şəhərində 3 fəhlə iş zamanı qəzaya düşüb, onlardan biri həyatını itirib, ikisi isə yaralanıb.

İran mediasının yaydığı məlumata görə, qəza şəhərin qum-çınqıl zavodunda yük maşını topraq boşaldarkən baş verib.

Polkovnik Əli Reyhani İRNA dövlət xəbər agentliyinə bu hadisə ilə bağlı bildirib ki, 10 təkərli yük maşını torpaq boşaldarkən aşıb, işçilərdən biri yük maşınının altında qalaraq ölüb.

Şərqi Azərbaycan vilayətinin bu polis rəsmisinin sözlərinə görə, həyatını itirən fəhlənin cəsədi əlavə müayinə üçün məhkəmə-tibb ekspertizaya götürülüb.

İran mediasında bu hadisədə yaralanan digər iki işçinin sağlamlıq vəziyyətinin təfərrüatları barədə məlumat dərc edilməyib.

İran işçilərin təhlükəsizliyi və iş şəraitinin təmin edilməsi baxımından ən pis ölkələrdən biri hesab olunur. Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2017-ci ildə açıqladığı son statistik məlumatlara görə, İran iş yerlərində qəzalar sayına görə bu təşkilata üzv olan 189 ölkə arasında 102-ci yerdədir.

Məhkəmə Tibbi Ekspertiza Təşkilatının məlumatına görə, İranda keçən günəş ilində iş qəzalarında ümumilikdə 1900 fəhlə həyatını itirib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK