Şərqi Azərbaycan əyalətində məcburi hicab qaydalarının pozulduğuna görə 7 iş yerinin fəaliyyətinə qadağa qoyulub.
“Hicab qaydalarının pozduqlarına görə 9 nəfərin avtomobili dövlətin xeyrinə müsadirə olunub”,- Əbdi qeyd edib.
Qeyd edək ki, son bir neçə həftədə İranda məcburi hicab qaydalarına riayət edilməyən, orucluq ayında müştərilərə xidmət göstərən, musiqi səsləndirilən və digər səbəblərə görə 1000-dən çox iş yerinin fəaliyyəti qadağan edilib.