Şərqi Azərbaycanda partiya fəaliyyətə başlayıb

by Samir Asadli

Rifah və Sağlamlıq Partiyası bu gün keçirilmiş tədbirlə və əyalətin bir sıra rəsmilərinin iştirakı ilə fəaliyyətə başladığını rəsmən elan edib.

Partiyanın fəaliyyət məqsədinin sosial inkişaf, rifah, sağlamlıq məsələləri, əyalətin hüquqlarının müdafiəsi, həmçinin Təbrizin və Şərqi Azərbaycanın tarixi məkanının bərpası olduğu bildirilib.

Partiyanın baş katibi, Təbrizin Şəhər Şurasının sədri Şahram Dəbiri partiyanın əsas məqsədləri barədə danışıb.

“Məqsədlərimizdən biri Əyalətin ideallarının reallaşması və Təbrizin ölkə üzrə tutduğu yerninin yüksəldilməsidir.

Biz partiyanın fəaliyyətini siyasi cərəyanlardan uzaq qalmaqla davam etdirmək niyyətindəyik”- deyə Dəbiri vurğulayıb.

Rifah və Sağlamlıq Partiyasının sözçüsü Əlirza Rəhimi də tədbirdə çıxış edib.

“Partiyalar demokratiyanın çarxı və xalqın istəkləri ilə hakimiyyət arasında vasitəçisi hesab olunur. Partiyamızın fəaliyyəti əyalətin ikişafı istiqamətində olacaq. Partiya bu gün rəsmən quruldu”- deyə Rəhimi bildirib.

Təbriz şəhəri “Xavəran” Beynəlxalq Toplantılar Zalında keçirilmiş tədbirdə Təbriz şəhərinin deputatı Dr. Məsud Pezişkian və başqa rəsmilər iştirak edib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK