Şərqi Azərbaycan əyalətində ötən illə müqayisədə yağıntıların miqdarı 5-27% azaldığına görə quraqlıq və su qıtlığının artacağı gözlənilir.
“Şərqi Azərbaycan ən az yağış yağdığına görə ölkə üzrə 10-cu, temperatur artımına görə isə ikinci yerdədir”,- Əbdüli bildirib.
Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda Şərqi Azərbaycan əyalətində 240 kənd su çatışmazlığından əziyyət çəkir.
Ekoloqlar və müstəqil mütəxəssislər hazırda Şərqi Azərbaycanda 700 kənddə su qıtlığı yaşandığını, 360 kəndin isə bu səbəbdən tamamilə boşaldığını bildirirlər.