Şərqi Azərbaycan əyalətinin Horand şəhərinin Golan kəndinin Armudlu təpəsində tarixi memarlıq nümunələri aşkarlanıb.
Bu barədə Armudlu təpəsində arxeoloji tədqiqatlar aparan heətin rəhbəri Rza Salmanpur məlumat verib.
O, bölgədə aşkar edilən tikili qalıqları və tapılan əsərlərin tarixinin İslamın əvvəlindən Monqol dövrünə qədərki zamana aid olduqlarını deyib.