Şərqi Azərbaycanın məktəblərində yenidən tətil elan edilib

by Samir Asadli

Hava çirkliliyinin davam etdiyinə görə ardıcıl üçüncü gün olaraq Təbriz, Üskü, Səhənd şəhərləri və ətraf bölgələrdəki məktəblərdə tətil elan edilib.

Bu barədə Şərqi Azərbaycanın Təhsil İdarəsi məlumat yayıb.

Bununla yanaşı əyalətin Fövqəladə Hallar Komitəsı və Səhiyyə Nazirliyinin yerli bölməsi havanın həssas yaş qrupuna aid insanlar, qocalar, uşaqlar və xəstələr üçün xüsusilə təhlükəli olduğu barədə xəbərdarlıq edib, vacib olmadıqda evdə qalmalarını istəyiblər.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin məlumatına görə, son bir il ərzində ölkədə 26 min nəfər hava çirkliliyi səbəbindən həyatını itirib.

Bunun əsas səbəblərindən biri ölkənin elektrik stansiyalarında keyfiyyətsiz dizel yanacağından istifadədir.

Energetika, Neft və Ekologiya nazirliklərinin hesabatlarına görə, elektrik stansiyalarının dizel yanacağında kükürdün miqdarı normadan 10 dəfə artıqdır.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK