Həbsdə olan aktivistlər Cavad Sudbər və Əli Babinin ailələri hər bir azərbaycanlıdan onların və digər Azərbaycan aktivistlərinin azadlığa buraxılmalarına dəstək olmalarını istəyiblər.
“Mən artıq 100 gündür ki, atamın səsini evdə eşitmirəm, özünü də görməyə imkan vermirlər. Atamın fiziki durumu barədə nigaran qalmışam. Onlar ailəmizə təzyiq edir və səsimizi boğmaq istəyirlər. Azərbaycan xalqı, səsimizə səs olun!”
Sudbərin qızı Tarla da Çillə Gecəsi masasın yanında əlində #Cavad-Sudbər (جواد-سودبر#) haştağını tutaraq atasına xitabən deyib: “Bu Çillə yanımızda olmasan da, hər an fikrimizdəsən. Sən bizim qəhrəmanımızsan! Azərbaycan xalqı, səsimizə səs olun!”
Xatırladaq ki, Güneyli ativistlər Əli Babai və Cavad Subərin 100 gün, Yürüş Mehrəli Bəyilininsə həbsdə saxlanılmasından 45 gün ötür. Onlar insan haqlarına zidd olaraq hələ də qeyri müəyyən vəziyyətdə Təbriz şəhəri Təhlükəsizlik İdarəsində saxlanılırlar
Sudbərin naməlum vəziyyətdə saxlanıldığına etiraz olaraq, həbsdə aclıq aksiyası keçirəndən sonra ona ailəsi ilə telefon əlaqəsi saxlamağa icazə verilmir. Ona yalnız dekabrın 7-si ailəsi ilə bir neçə saniyəlik telefon əlaqəsi saxlamağa izn verilib.