Şair Əli Hacının şeirləri İraq mətbuatında dərc olunub – FOTO

by Samir Asadli

Yazıçı-şair Əli Hacı Ağaevlinin şeirləri Bağdadda İraq Türkman Yazıcılar birliyinon “TürkmanEli” sənət və ədəbiyyat dərgisində çap edilib. Əli Hacı Ağaevli 1963 cü ildə Cəlilabad rayonunun Kövuzbulaq kəndində anadan olub. Bakı Dövlət Unveristetinin hüquq fakultəsini bitirib. Dünya Azərbaycanlıları Konqresinin (DAK) məsul şəxslərindən olan Əli Hacı Azərbaycan ədəbiyyatında sufi şair kimi tanınır.”Ruhumuzun nəğmələri”(1996), “Ruhumuz çəkər göyə”(1997,Ankara),”Qoyun qisas alan gəlsin”(1998),”Bu da mənəm ilahi!”(2005),”Dünyadan qadın iysi gəlir”(2007,Tehran),”Tanrı yatır içimdə”(2016),”Yerimi yanında salmışam, Allah!”(2018),”Offne mir einen Platz in deinem Herzen” (2018,Almaniya), “Olla ölümə salam” (2020), “Yarı şaham, yarı əsr” (2021), şeirlər kitabının müəllifidir.  2015 ci ildə Əli Hacı Ağaevli haqqında “Sevginin Əli üzü” adlı sənədli film çəkilmişdir.
2008-ci ildə “Avrasiya Araşdlırmalar Mərkəzi”nin rəy sorğularına əsasən Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatındakı aktiv fəaliyyətinə görə ilin adamı elan olunmuşdur, 2010-cu ildə Əli Hacı Ağaevli Milli Mətbuatımızın 135 illiyinə həsr olunmuş tədbirdə Fəxri Diplom ilə təltif olunmuşdur, 2012 ci ildə yenidən “Avrasiya Araşdlrmalar Mərkəzi”nin Respublikasının ictimai-siyasi və mədəni həyatındakı aktiv fəaliyyətinə görə “QIZIL KÜRƏ” milli mükafatına,Türkiyə Respublikasının Avrasiya qəzetçilər dərnəyinin Türkiyə-Azərbaycan iki dost ölkə arasında diaspora və informasiya əlaqələrində göstərdiyi xidmətlərə görə fəxri diploma, Türkiyə və Azərbaycana qarşı ermeni lobbisinə qarşı onların yalanlarını ifşa etməkdə və dünya ictimaiətinə çatdırmaqdakı xidmətlərinə görə Turkiyyə Cumhuriyyəti dövlətinin qizil ödülünə layiq görünmüşdür.2014 -ci ilin avqust ayında BMT-nin Sülh Fedarasiyasının Sülh Səfiri adına layiq görülmüşdür. 2016 ci ildə Atatürk Anıtqəbr Komutanlığının xüsusi mükafatına layiq görülüb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK