Samir Adıgözəlli : Tehran rejimi bilir ki, sonuna az qalıb…

by Samir Asadli

Sivil düşüncəli insanlar, cəmiyyətlər və sağlam ideologiyası olan dövlətlər heç zaman başqa xalqa, topluma, qrupa aid olan məzarlıqlara toxunmaz. Məzarlığı dağıtmaq, qəbirlərin altını üstünə çevirmək, ölülərin cəsədlərini ətrafa səpələyib onları dərbədər etmək, ruhlarını incitmək barbarlara, faşistlərə, ermənilərə xas olduğunu bilirdik, amma bilmirdik ki, molla fars rejimi də, fars şovinstləri də məzarlara qarşı vandallıq edə bilərlər.

Ermənilərin Azərbaycan məzarlıqlarını alt-üst edib yer üzündən silməkləri bəs deyildi, indi də panfarsistlər azərbaycanlıların məzarlıqlarına divan tuturlar. Yayılan foto şəkillərdən aydın görsənir ki, panfarsistlər goreşənlikdə nə faşistlərdən, nə də ermənilərdən geridə qalır, lap onlara təndir. Molla fars rejimi bir müddət əvvəl böyük Azərbaycan şairi, anadilli yazılı ədəbiyyatımızın gözəl örnəklərini yaradan İzzədin Həsənoğlunun Xorasandakı məzarını dağıtdılar, onun ardınca Səfəvi dövrünə aid olan Azərbaycan türklərinin məzarlığını dağıdıb qəbirlərə qarşı vandalizm törədildi.

İndi isə Təbrizdə başqa bir məzarlığın dağıdılması barədə fotogörüntülər yayılıb.

MOİZƏ Teleqram Kanalı məlumat yayıb ki, molla rejimi tariximizi məhv edir. Təbrizdəki Qaracan kəndinin tarixi qəbiristanlığın durumu fotolarda əks olunub. Kanalda qeyd edilir ki,

Xoca Məhəmməd Kəccani, Xoca Əhməd şah, Xoca Əli, Qazi Ömər Xorasani, Xoca Avad və Əmir Qiyathuddin Məhəmməd də daxil olmaqla on elm, siyasət və filosof səxsiyyətlərimiz bu qəbiristanlıqda dəfn olunub.

İmamzadə Seyid Məhəmməd Kacani ilə tanınan Qaracan kəndi Təbrizin cənubunda və Sərd Səhra mahalında yerləşir. Kəndin yolu Axmaqiyə məhəlləsindən keçir.

Molla rejimi Azərbaycan türklərinə mənsub məzarlığı niyə dağıdır, məqsədi nədir?

  • “Bunlar o rejimin əsl simasını göstərir…”

İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, molla rejiminin məzarlıqlarımızı dağıtması ciddi vandalism fakdır: “Qaracan qəbiristanlığındakı məzarların  dağıdılması ilk hadisə deyil, bundan əvvəl molla rejimi tərəfindən Azərbaycan türklərinə aid bir neçə məzarlıqda da analoji vandalizm hadisəsi baş verib. Azərbaycan türklərinə qarşı aparılan disskriminasiya siyasəti, ayrı-seçkilik kampaniyası özünü hər sahədə biruzə verir. Soydaşlarımız uzun illərdir ki, milli hüquqlarına qovuşmaq üçün mübarizə aparır, rejim isə assimliyasiya suyasətini davam etdirir ki, oradan türklərin izini silsin. Güney Azərbaycan tarixi türk torpağıdır. Bizim güneydəki tarixi-mədəni abidələrimizə qarşı molla rejiminin apardığı vandalizm siyasətini bilirsiz. Bu yeni siyasət deyil. Xatırladım ki, keçən əsrin 90-cı illərində Təbriz ətrafındakı Azərbaycan türklərinə məxsus tarixi abidələri məhv edilib. O zamanlar camaat arasında yalandan məlumatlar yayırdılar ki, guya o abidələrin içində qızıl var, yaxud məzarüstü qoç abidələrin içində qızıl, ləl-cəvahirat gizlədilib. Bu şəkildə abidələrin məhv edilməsinə nail olurdular. Molla rejiminin Azərbaycan türklərinə məxsus məzarlıqlarda qəbirləri zaman-zaman dağıtdığı məlumdur. Bu proses şah rejimində başlayıb və bu gün də davam edir. Bizim orada təkcə islam dövrü abidələri deyil, islama qədərki dövr abidələrimiz də var ki, onlara qarşı da çirkin kampaniya aparılır. Azərbaycan türkləri islamdan əvvəl xristianlığı qəbul edib. Buradakı alban kilsələrini fars-molla rejimi “erməni kilsəsi” edib”.

S.Adıgözəlli qeyd etdi ki, Ərk qalası, Göy Məscid ətrafında baş verən hadisələr, çirkin oyunlar fars rejiminin türk mədəniyyətinə düşmən münasibətini göstərir. “Məzarlıqlar, abidələr yerli xalqın tarixini ifadə edir. Ora da qədim türk torpağıdır və orada bizim saysız abidələrimiz, məzarlıqlarımız, kurqanlarımız və sair var. Bunlar da Azərbaycan türklərinin İran adlandırılan ölkənin yerli sakini olduğunu birmənalı olaraq təsdiq edir. Bu da fars-molla rejimini qıcıqlandırır. Axı onlar iddia edirlər ki, o ərazi İrandır, fars torpağıdır və sair. Bununla kifayətlənməyib Quzey Azərbaycana qarşı da belə sərsəm iddiada bulunurlar. Odur ki, Güneydə də, Quzeydə də rejim təxribatlar törədib bizim insanların ruhunu sındırmaq istəyir.

Fars molla rejimi Azərbaycanın elm, mədəniyyət, siyasət xadimlərinin məzarlarını dağıtdırmaqla bir tərəfdən öz vandal mahiyyətini ortaya qoyur, digər tərəfdən bizim izlərimizi silməyə çalışır. Molla rejiminin içinə elə əndişə, elə xof dolub ki. Tehran rejimi bilir ki, sonuna az qalıb və odur ki, daha çox qəddarlıq edir, yırtıcılıq göstərir. Bu baxımdan, rejim Həsənoğlunun məzarını dağıtdırır, Səfəvi dövrünə aid qəbiristanlığı məhv edir, Qaracan qəbiristanlığında on böyük şəxsiyyətimizin məzarına qarşı vandallıq edir. Bunlar o rejimin əsl simasını göstərir ki, sözdə islam dövlətidir, əməldə isə islam düşməni…”

S.Adıgözəlli qeyd etdi ki, molla rejimi nə qədər çalışsa da, bizim xalqın əzmini qıra bilməyəcək və biz Güney Azərbaycan hürriyyət qazanana, bütöv Azərbaycan ideyası gerçəkləşənə qədər bütün düşmənlərimizə qarşı mübarizəmizi davam etdirəcəyik. “Bu məzarlar xalqımızın milli kimliyinin, tarixinin nişanələridir ki, onu dam olla rejimi silmək istəyir, amma heç bir təxribat xalqımızı yolundan, məqsədindən döndərə bilməz”-deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK