Saxlanılmış 3 bəhainin vəziyyəti hələ də qeyr-müəyyəndir

by Samir Asadli

Ötən ilin iyulundan dekabrın 18-dək olan zaman kəsiyində saxlanılmış İran bəhailəri Keyvan Rəhimian, İman Rəşidi və Yekta Fəhəndij Sədinin vəziyyətlərinə hələ də aydınlıq gətirilməyib.

Onlar Tehran, Yəzd və Şiraz şəhərlərində  İran hakimiyyətinin təhlükəszilik idarələri tərəfindən əsassız ittihamlarla saxlanılıb. Hal-hazırda Rəhimian Tehran şəhəri Evin Həbsxanasında, Rəşidi Yəzd və Yekta Fəhəndij isə Şiraz şəhəri həbsxanalarında saxlanılırlar.

Məlumata əsasən Rəşidi sonuncu müdafiəsini edib və ona qarşı açılmış iş üzrə tədqiqat başa çatıb. Lakin hələ də işi Yəzd şəhər Məhkəməsində baxılmaz qalıb.

Xatırladaq ki, Yekta Fəhəndij 5-ci dəfədir ki, təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Keyvan Rəhimian təhsildən qalmış bəhai gənclərə tədris etmə ittihamı ilə 2017-ci ildə saxlanılıb, 5 il həbsdə qalandan sonra sərbəst buraxılmışdır.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK