“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyi “Sazbəndlik və sazbəndlər” adlı layihə həyata keçirir.
Birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, 4 ay layihə əsasında “Sazbəndlik sənəti və sazbəndlər” adlı kitab nəşr olunacaq. Artıq bu istiqamətdə işlərin əsas hissəsi görülüb. Bir sənət sahəsi kimi, sazbəndlik sənətinin tarixi, sazın hazırlanmasının əsas prinsipləri – alətin hazırlanacağı ağac materialının seçilməsi və emalı, simli musiqi aləti kimi sazın quruluşu və növləri və s. haqqında araşdırmalar aparılıb, bundan başqa, xronoloji ardıcıllıqla tanınmış sazbəndlərin həyat və yaradıcılıqları haqqında lazımi bilgilər toplanılıb.
Ümumilikdə, kitabda bir sənət sahəsi olaraq sazbəndliklə yanaşı, 70-ə yaxın sazbənd haqqında da məlumatın verilməsi nəzərdə tutulur.