Məlumata əsasən, Ağ Dərə kənd sakinləri bu bölgədə yerləşən qızıl yatağı sənayesində işlə təmin olmadıqlarına görə iyulun 30-da nümayiş keçiriblər.
Saxlanımış şəxslərin ailələri rayonun Valilik Binasının qarşısında iyulun 31-də toplaşandan sonra SEPAH həmin gün axşam kəndə hücum edib.
Məmurlar basqı edərək 50 nəfəri saxlayıblar. 10 nəfərinsə yaralandığı, habelə xeyli sayda kəndilinin saxlanılma qorxusundan kənd ətrafındakı dağlara qaçdıqları bildirilir.
Qeyd edək ki, hakimiyyət yerli sakinlərə işlə təmin olunacaqlarını söz versə də, illərdir işsiz qalan yerli sakinlərin bu barədə tələblərinə məhəl qoymur.
Vurğulayaq ki, Ağ Dərə Qızıl Yatağı Güney Azərbaycanın Qərbi Azərbaycan Əyaləti Tikan Təpə rayonundan 30 kilometr məsafədə yerləşir. Yataq İranda ikinci böyük qızıl yatağı hesab olunur.