Şerimizin Estoniyadan ucalan səsi

by Samir Asadli

Muğam Mərkəzində dəyərli şairimiz, dostumuz Xaqani Qayıblının 60 illik yubiley qutlamasına dəvət almışdım. Bu məclisdə həvəslə iştirak edəcək, söz deyəcəkdim. Təəssüf ki, rayonda xeyli əvvəldən sözünü verdiyim başqa bir görüşlə üçt-üstə düşdüyünə görə Xaqani Qayıblının doğum günü məclisinə qala bilmədim. Onu sevənlər çoxdur və yubileyinin layiq olduğu yüksək səviyyəkə keçəcəyinə inanıram.

Xaqani bəy taleyinin hökmü ilə çətin, amma maraqlı bir həyat yolu keçib. Gürcüstanda- doğma Qaraçöpdə doğulub, Qazaxda oxuyub, yaradıcılıq eşqi ilə Moskvada M.Qorki adına Ədəbiyyat institituna qəbul olunub…Bu yerdə tale gözlənilməz bir dönüş edib, onu Estoniyanın məşhur Tartu Universitetinə atıb və o bu universiteti eston dilində bitirib… Sazlı-sözlü Qaraçöpdən başlanan yollar onu müxtəlif universitetlərdən uğurla keçirib Estoniyada tanınməş bir ədəbi simaya çevirmiş, Estoniya prezidentinin tərcüməçisi kimi məsul bir görəvə qədər yüksəltmişdir.
Xaqani bu uzun və çalın-çarpaz yolları ilahi vergi olan bir ilhamla, qoşqudan-qoşquya, şeirdən-şeirə adlayaraq, Qaraçöpün, Borçalının şəhdli-şirəli, yıpranmamış, böyük el puhundan qopan dili ilə, nəğmələrini, misralarını pıçıldaya-pıçıldaya keçmişdir. Uzaq şimal, qürbət onu heç vaxt elindən-dilindən qopara bilməmişdir.”Qəribə olurlar qərib adamlar.” deyərək sızıldasa da qəribə olmaq onu Vətənə ruhən daha da yaxınlaşdırıb. Əslində ana dili, şeirləri bir hava körpüsü kimi onu daim doğma torpağa, doğma ədəbiyyat, mənəviyyat mühitinə bağlayıb.
Xaqani əsl şairdir, sözö poetikdir, metaforası güclüdür, ifadə tərzi orijinaldır. Özünü, xalqının ruhunu və taleyini ilhamla və səmimiyyətlə yazır.
Bizim Xaqani ilə tanışlığımız, görüşlərimiz də qürbətdə, Dünya Azərbaycanlıları Konqresinin çeşidli ölkələrdə keçirilən yığıncaqlarında olmuşdur. Xaqani orda da öz ziyalı sözü, mədəni səviyyəsi ilə seçilirdi. Bəzən mübahisələr, ayrılmalar olsa, Xaqani ilə eyni səfdə dayanmasaq da Xaqaniyə münasibətim heç vaxt dəyişilməyib, şeirlə, Sözlə yaranan bağlılıq, yaxınlıq həmişə bütün başqa qruplaşmalardan qat-qat güclü olub. Ədəbiyyatın səfi, bütün başqa səflərdən etibarlı və uzunömürlüdür! Xaqani Qayıblıya can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram! Doğum günü və Bahar bayramı qutlu olsun!

Sabir Rüstəmxanlı

DAK həmsədri, millət vəkili
15.03.2024

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK