Salar Tahir Əfşarın bacısı Sevda qardaşının saxlanılması zamanı SEPAH məmurlarının ona və ailəsinə amansız davranışları barədə danışıb.
Həmçinin, ata və anamı da döyüb, atamın avtomobilinə xəsarət yetirdilər.
Bu qanunsuz hərəkətlərə etiraz edəndə məni də döyüb, söydülər”- deyə Sevda Tahir Əfşar açıqlayıb.
Sevda xanım açıqlamasının davamında məmurların digər qanunsuz hərəkətlərini qeyd edib.
“Onlar ailəmi susdurmaq məqsədi ilə hədələdilər ki, avtomobilizi də özümüzlə aparacayıq. Mən dedim, sizin məhkəmə qərarınız yoxdur və qərar olmadan da evimizə giribsiniz.”
Xatırladaq ki, Güneyli aktivist Salar Tahir Əfşar dünən fevarlın 6-ı Urmu şəhərində saxlanılıb.
Ona yönəldilən ittiham və dəqiq harda saxlanıldığı bardə məlumat yoxdur. Salar Güney Azərbaycan xalqının hüquqlarını müdafiə üzrə fəaliyyətlərinə görə ötən illərdə dəfələrlə saxlanılıb və həbs olunub.