Yanvarın 4-də İranın Fars əyalətinin Şiraz şəhərində qaşqay türklərindən olan bəhai Yaşar Rasti təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Məmurlar ona məxsus şəxsi əşyaları müsadirə edib və özünü naməlum yerə aparıblar. Qeyd edək ki, bundan öncə onun həyat yoldaşı Bərdiya Nəsiri və bacısı Ayda Rasti də həbs edilib.
Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır və onlar bütün sahələrdə ayrı-seçkiliklə üzləşirlər.