“Siyasi məhbus barədə Məlumat yaymağı dayandırın.” – müstəntiq

by Samir Asadli

Azərbaycanın böyük mübariz oğlu siyasi məhbus Yürüş Mehrəlibəylinin müstəntiqi ailəsinə ounun və sair məhbus Güney azərbaycanlı aktivistlərin durumu barədə məlumat yaymamağı tələb edib.

Yürüşün qardaşı Yılmaz bu barədə müstəntiqin sözlərinə istinadən bildirib.

“Abbas Lisaninin Məlumatlandırma İnternet Səhifəsinin” nəşr etdiyi xəbərə əsasən Yürüşün ailəsi bir müddət öncə onun durumu barədə maraqlanmaq üçün Təbriz şəhəri Prokurorluğuna müraciət ediblər.

İş üzrə müstəntiq Musəvi onlara “sizin məlumat yaydığınıza görə Tehran tərəfindən” onlara (Təbrizin Təhlükəsizlik İdarəsinə) “təzyiq edildiyini” deyib.

Müstəntiq həmçinin bu səbəbdən siyasi aktivist Yürüşün “həbsdə qalma müddətini uzatmağa” məcbur olduğunu vurğulayıb.

Xatırladaq ki, hər hansı adi və xüsusilə də siyasi məhbuslar barədə KİV və hər hansı vasitə ilə məlumatlandırma beynəlxalq hüquq normaları və insan haqlarına əsasən qanuni hesab olunur.

Məhbuslar barədə məlumatların yayılması diktatura rejimləri tərəfindən repressiya ehtimalını azaltmağa və onların beynəlxalq səviyyətə cavabdeh olmaları üzrə böyük rolu olur.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK