Siyasi məhbus Cəfər İbrahimi dərmandan imtina edib

by Samir Asadli

Tehranın Qızılhasar həbsxanasında saxlanılan azərbaycanlı müəllim və siyasi məhbus Cəfər İbrahimi dərmanların qəbulundan imtina edib.

Bu barədə onun vəkili Kərəm Veysi məlumat yayıb.

“Cəfər İbrahimi Evin həbsxanasından Qızılhasar həbsxanasına köçürüldükdən sonra ağır döyüldüyü və bədən xəsarətləri aldığı barədə tibbi ekspertiza rəy vermədiyi müddətcə aclıq aksiyasını davam etdirəcəyini və dərman qəbul etməyəcəyini deyib”,- vəkil bildirib.

C.İbrahiminin bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, onun xəstəxanada müalicə olunmasına icazə verilmir.

Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi 2022-ci il aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, “əlbir olmaq və toplaşmaq” habelə “hökumət əleyhinə təbliğat” ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.

Tehranın Evin həbsxanasından Qızılhisar həbsxanasına köçürülən C.İbrahimi və başqa 12 siyasi məhbus sentyabrın 7-dən aclıq aksiyasına başlayıblar.

Beynəlxalq Əfv Təşkilatı və İran Yazıçılar Birliyi bəyanat yayaraq, Cəfər İbrahiminin səhhətinə görə İran hakimiyyətinə xəbərdarlıq ediblər.

Hər iki təşkilat azərbaycanlı müəllimin həyatına qarşı yaranan təhlükəyə görə Tehran rejiminin məsuliyyət daşıdığını bildiriblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK