Siyasi məhbus təkadamlıq kameraya salındı

by Samir Asadli

Urmu şəhərinin həbsxanasında saxlanılan və yanvarın 15-dən aclıq aksiyası keçirən siyasi məhbus Hamid Qaraoğlani tək adamlıq kameraya salınıb.

Bu barədə onun bacısı Haniyə Qaraoğlani məlumat verib.

Siyasi məhbusun aclıq aksiyası keçirdiyi və bunun ictimailəşdirildiyi üçün cəzalandırıldığı ehtimal olunur.

O, bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq xəstəxanada müalicəsinə icazə verilməməsinə etiraz edir.

Qeyd edək ki, 27 iyun 2020-cı ildə saxlanıl güneyli siyasi məhbus xarici ölkələrə casusluq ittihamına görə 13 il 3 ay azadlıqdan məhrum edilib.

Qaraoğlani, ona qarşı sürülən ittihamların əsassız olduğunu və ondan işgəncə altında məcburi etiraf alındığını bildirib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK