Siyasi məhbusun bacısı güney azərbaycanlı məhbuslara dəstək üçün çağırış edib

by Samir Asadli

“Milli Aktivistlərimizin Səsinə Səs Verək” kompaniyası başlaması münasibətilə Yürüş Mehrəlibəylinin bacısı Durna kompaniyaya qoşularaq hamıdan güneyli məhbuslara dəstək olmalarını istəyib.

Durna etdiyi video paylaşımında qardaşının insan haqlarına və düşüncə azadlığına zidd olaraq 77 gündür işkəncə altında Təbriz şəhəri Təhlükəsizlik İdarəsində saxlanıldığını deyib.

“Qardaşımın tutduğu yola və Azərbaycanın bütün siyasi məhbuslarının yoluna inanıram.

Onlar yurdumuzun səadəti və azadlığı uğrunda mübarizə aparır və bu yolda canlarından keçməyə də hazırdırlar.

Mən onların yolunu dəstəkləyirəm. Səsimizə səs olun!”- deyə Durna xanım vurğulayıb.

Qeyd edək ki, “Milli Aktivistlərimizin Səsinə Səs Verək” kompaniyası başlayandan sonra azərbaycanlı məhbusalara azadlıq tələbi ilə çoxlu sayda videolar sosial şəbəkələrdə paylaşılıb.

Həmçinin həbsdə olan siyasi məhbus Yürüşün atası Qüdrət Mehrəlibəyli də bir müddət əvvəl oğlunun ideyaları və düşüncələrinə dəstək məqsədi ilə video paylaşıb.

“Azərbaycanımızın haqlarını almaq yolunda həbsxanalara salınmış balalarımızın haqq yoluna inanıram. Mən onlara arxa dururam.”- deyə məhbusun atası mövqe bildirib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK