Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərinin “Əmin” bazarında güclü yanğın olub.
Onun dediyinə görə yanğın iyunun 25-i gecə saat 21:55-də başlayıb və hadisə nəticəsində 20 nəfər xəsarət alıb.
Məhbubi “Əmin” bazarında 800 kvadrat mettrlik sahədə 50 mağazanın yandığını deyib.
Lakin başqa məlumatlarda yanğının ətrafa yayılması nəticəsində 110 mağazanın yandığı və iş adamlarına böyük məbləğdə maddi ziyanın dəyidiyi bildirilir.
İlk açıqlamalarda yanğının qısaqapanma nəticəsində baş verdiyi və araşdırmaların davam etdirildiyi qeyd edilib.