Sulduz qətliamının ildönümü anılıb

by Samir Asadli

Güney Azərbaycan mili hərəkatının aktivistlərindən bir qismi aprel ayının 19-u Sulduz əhalisinin terrorist qruplar tərəfindən qətliamının ildönümünü anıblar.

Onlar qətliama məruz qalmış insanların məzarları başında toplaşaraq Kürdüstan Demokrat Firəqsi tərəfindən qətlə yetirilən azarbaycanlıların xatirəsini yad ediblər.

Məzarların üstünə güllər qoyularaq “1979-cu il Sulduz soyqırımı unudulmaz!”,  “ölüm olsun terrorizmə, şəhidlər ölməz!” və “vətən canım sənə fəda!” yazılı banerlər qaldırılıb.

Xatırladaq ki, Kürdüstan Demokrat Firəqsi 1979-cu ildə Əbdül Rahman Qasımlunun başçılığı ilə Güney Azərbaycanın əzəli və tarixi torpaqlarına göz tikməklə kürdlərə muxtariyyət tələbi ilə Sulduzda silahlı fəaliyyətə keçib.

Həmin vaxt yeni yaranmış Uİran İslam Respublikasının zəyifliyindən istifadə edərək Soyuq Bulaq (indiki Mahabad) Hərbi Postunu talayaraq silahlanmış 20 mindən artıq yaraqlı Azərbaycanın Sulduz şəhərinə daxil olub.

Onlar şəhəri ələkeçirmək məqsədi ilə əhaliyə atəş açaraq şəhər sakinlərini qətlə yetiriblər.

Xatırladaq ki, kürd xalqına mənsub terorist qruplar digər xaqların, xüsusilə də Güney Azərbaycanın torpaqlarına iddia siyasətlrəini, həmçinin Suriyada yerli ərəblərə, İraqda Kərkük türkmənlərinə silahlı təzyiqlərini davam etdirirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK