Sulduzda silahlı hücum- Ölənlər var

by Samir Asadli

Dekabrın 22-i günorta saatlarında Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində silahlı hücum olub.

Şəhərin mərkəzində baş verən silahlı basqın nəticəsində iki nəfər güllələnərək öldürülüb.

Sulduz şəhərinin prokuroru Ruhullah Sadiqiyan hadisə ilə bağlı verdiyi açıqlamada qatıl və ya qatillərin axtarışı üçün əməliyyat keçirildiyini bildirib.

O, güllələnənlərin kimliyi barədə açıqlama vermədən, hücumun şəxsi münaqişə zəminində baş verdiyinin ehtimal olunduğunu  söyləyib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK