Sülhə səslədiyi üçün ermənilərin qətlə yetirdiyi jurnalist

by Samir Asadli

756C4407-BE0B-46EE-A76D-43F2CFA3A1FD32 il əvvəl Laçında şəhadətə ucalan Azərbaycanın Milli Qəhrəmanı, ilk şəhid qadın jurnalist Salatın Əsgərovanın anım günüdür.

Kult.az Milli Qəhrəman haqda məlumatları təqdim edir:

– Salatın Əsgərova 1961-ci ildə Bakı şəhərində anadan olub.

– O, orta məktəbi 1979-cu ildə M.Müşfiq adına 18 saylı məktəbdə bitirib. 1984-cü ildə isə Azərbaycan Neft və Kimya İnstitutunda geofizika üzrə mühəndis ixtisasına yiyələnib.

– Lakin jurnalistikaya olan marağı onu tamamilə fərqli sahəyə gətirir. 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində işləməyə başlayır. Müxtəlif mövzularda yazan, xüsusilə də Azərbaycanın bütövlüyü, Qarabağ problemi kimi məsələlərə toxunan S.Əsgərova öz imzasını tezliklə ölkədə tanıtdırmağı bacarır.

– O, 1988-ci ildən fəaliyyətini Azərbaycan komsomol təşkilatının rusdilli nəşri “Molodyoj Azerbaydjana” qəzetində davam etdirir. Burada fəaliyyətə başlayandan sonra Salatın Əsgərova Qarabağa tez-tez ezamiyyətə yollanır.

– Qarabağda ezamiyyətdə olarkən rus zabitinin maşını ilə ermənilər yaşayan kəndlərə gedərək əhalini təhriklərə uymamağa və barışığa çağırırdı. Məhz buna görə ermənilər onu öldürmək istəyirdi.

– S.Əsgərova 1991-ci il yanvarın 9-da sovet hərbçilərinin müşayəti ilə Laçından Şuşaya doğru hərəkət edən avtomobildə erməni yaraqlılarının qurduğu pusquya düşərək aldığı güllə yaralarından dünyasını dəyişib.

– Ölümündən sonra Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. 1992-ci ildə isə Azərbaycan Prezidentinin fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.

– Salatın Əsgərovanın şəhid olduğu yerin yaxınlığındakı kəndə Salatınkənd adı verilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK