“Sülhməramlıların Qarabağda qalması əhəmiyyətsizdir” – Rusiya rəsmisi

by Samir Asadli
“”Dağlıq Qarabağ Respublikası”nın ləğvi ilə bağlı qərar hərbi əməliyyatların dayandırılması baxımından müsbət addımdır”.
Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib.
“Azərbaycan tərəfi bu ərazidə qalan insanların normal yaşaması üçün şərait yaradacaq. Çünki bura artıq bütün hakimiyyət orqanları ilə onların ərazisidir. Təbii ki, bizim orada sülhməramlı kontingentimizin yerləşməsi aktual olmayacaq. Lakin buna üç dövlətin: Rusiya, Azərbaycan və Ermənistanın liderləri qərar verəcək. Çünki sülhməramlıların ora yerləşdirilməsinə üç lider qərar verib”.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK