Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində yerləşən Süngün mis mədəni ətrafında ekoloji problem davam edir.
Məlumata görə, gələcəkdə bu dəyişikliklərlə bölgədə iqlimdə, əkin növü və kənd təsərrüfatı sahəsində bir çox problemlər yaranacaq.
Bildirilib ki, Süngün mis mədənin rəhbərliyi bu il 400 hektar ərazidə ağac əkməyi öz üzərinə götürsə də, bu planın böyük bir hissəsi gerçəkləşməyib.
Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunsa da, mədən istismarçıları buna riayət etmir.
Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.
Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman Əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir.