Azərbaycanla Özbəkistanın bir sıra şəhərləri qardaşlaşıb.
Musavat.com xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov özünün facebook səhifəsində məlumat verib.
Məlumatda deyilir: “Bu gün Daşkənddə birinci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində sənəd imzalanıb, ona əsasən, Azərbaycan və Özbəkistanın aşağıdakı şəhərləri qardaşlaşmış şəhərlər olub:
Lənkəran və Buxara;
Şuşa və Xivə;
Şəki və Kokand;
Gəncə və Səmərqənd“.