Təbriz bazarının peşə sahibləri bəyanat yayaraq sabah 27.08.2023-cü il tarixində keçiriləcək etiraz aksiyasına qoşulacaqlarını bildiriblər.
Biz peşə sahibləri həmişə Azərbaycan xalqının yanında olub Azərbaycanın və mərkəzi olan Təbrizin izzəti və şanı üçün çalşımışıq.”-deyə aksiyaçılara dəstək olacaqlarını bildiriblər.
Bəyanatda həmçinin Təbrizin dünya şöhrətli xalçasının hakimiyyət tərəfindən ixracatına icazə verilmədiyinə toxunulub.
“Hakimiyyət tərəfindən Təbriz xalçasının Avropa və Amerikaya ixracatının qarşısı alındığı barədə vaxtı ilə keçirdiyimiz etirazlarımıza baxmaq əvəzinə bizi təhlukəsizlik qüvvələrinin təhqiri və hədələrinə məruz qoymuş və Təbriz bazarını iflasa uğratmışdır.
Mərkəzi hökumətnin hərəkətləri nəticəsində Təbriz xalçasının Almaniyaya, Amerikaya və Avropaya ixracat mərkəzi olan bazarın Müzəffəriyyə cərgəsi indi belə bir iri qitisadi əhəmmiyyətini itirərək vaxtı ilə xlaça ixracatı ilə məşğul olan həmin cərgədə köşk sahibləri indi kartof və pomidor satmağa məcbur olublar.
Azərbaycanı belə hərəkətlərlə təhqir etmək və iqtisadi gerilətməsi yetər artıq!”
Bəyanatın davamında Urmu Gölünün hakimiyyət tərərfindən qəsədn qurudulması ilə əlaqədar keçiriləcək etiraz aksiyası barədə mövqe bildirilib.
“Biz Təbriz bazarında peşə sahibləri Azərbaycan xalqı ilə birliyimizi elan edir və bazar günü avqustun 27-də keçiriləcək aksiyada iştirak etmək məqsədi ilə öz mağazalarımızı bağlayaraq etiraz aksiyası keçirəcək Azərbaycanın gənclərinə qoşulacağımızı bildiririk.”-deyə peşə sahibləri qeyd ediblər.