4 il gecikmədən sonra 24 oktyabrdan başlayaraq Təbrizdə 18-ci Beynəlxalq Kitab Sərgisi keçiriləcək.
“Ölkənin şimal-qərbində ən əlamətdar və populyar mədəniyyət hadisəsi olan Təbriz Kitab Sərgisi bu il əyalətin Mədəniyyət və İslami İrşad Baş İdarəsinin səyləri, Şərqi Azərbaycan valisinin dəstəyi və müşayiəti ilə keçiriləcək”,- Bulağı qeyd edib.
Yerli naşirlər keçiriləcək sərgidə Azərbaycan dilində olan kitabların iştirakının məhdud olacağını bildiriblər.
Onlar bundan əvvəl mayın 11-dən 20-ə kimi Tehranda keçirilən 34-cü beynəlxalq kitab sərgisində də Azərbaycan dilində olan kitabların iştirakına məhdudiyyətlər qoyulduğunu xatırladıblar.