Güney Azərbaycanda fəaliyyət göstərən, hazırda Təbriz həbsxanasında saxlanılan məhbus, ictimai-mədəni fəal, idmançı və ekoloq Kərim İsmayılzadənin sağlıq vəziyyəti ağırdır.
Bildirilib ki, K.İsmayılzadə avqustda qarın boşluğundan cərrahiyyə əməliyyatı keçirib. Qanaxma nəticəsində onun vəziyyəti ağırlaşıb.
Məlumata görə, həbsxananın məsul şəxsləri ailəsinin ona dərman göndərməsinə mane olmaqla yanaşı, zindandakı həkimin müalicə yazmasına da imkan verməyiblər. Bu, Kərim İsmayılzadənin çəkisini itirməsinə səbəb olub. Onun tənəffüsündə problem yaranıb.